Koxalski Polşaya qayıdır
“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin Polşa Ekstraklasasına qayıtma variantı gündəmə gəlib.
Sportify.az-ın “Kanał Sportowy”yə istinadən məlumatına görə, 26 yaşlı qolkiper “Vyeçista Krakov”a keçməyə yaxındır.
Bu barədə təcrübəli polşalı qapıçı Rafal Gikeviç bildirib: “Gikidən təzə xəbər! Mateuş Koxalski “Vyeçista Krakov”a yaxındır”.
Potensial keçidin maliyyə şərtləri və digər detalları hələlik açıqlanmayıb.
Koxalski 2023/2024 mövsümündə “Stal Melets”in heyətində uğurlu çıxış edib. Onun performansı Ekstraklasanın mükafatlandırma mərasimində yüksək qiymətləndirilib və qapıçı mövsümün ən yaxşı qolkiperı seçilib.
Bundan sonra Polşanı tərk edən Koxalski gözlənilmədən “Qarabağ”a keçib. Ağdam klubunda çıxış etdiyi müddətdə avrokuboklarda böyük təcrübə qazanan qapıçı həm Avropa Liqasında, həm də Çempionlar Liqasında meydana çıxıb.
Koxalski daha əvvəl Polşaya qayıtma ehtimalını nəzərdən keçirdiyini və “Vidzyev Lodz”un onun transferində konkret maraq göstərdiyini açıqlamışdı.
Qeyd edək ki, Mateuş Koxalski Ekstraklasada 38 oyun keçirib. “Legiya”nın yetirməsi olan qapıçı paytaxt klubunun əsas komandasında debüt şansı qazanmayıb.



No Comment! Be the first one.