Veteran futbolçu "Qarabağ"ı tənqid etdi: Yaxşı ki, özünə qol vuran komandalar da var
Ukraynanın “Dinamo Kiyev” komandasının sabiq futbolçusu Viktor Leonenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” üzərində 1:0 hesablı qələbəni dəyərləndirib.
Sportify.az xəbər verir ki, 57 yaşlı keçmiş hücumçu hər iki komandanın çoxsaylı səhvlərə yol verdiyini bildirib.
Leonenko sərgilənən oyunu sərt ifadələrlə tənqid edib: “Hər iki komandada bu qədər səhv görməmişdim. Mən bu oyunu belə adlandırardım: “Görək, kim daha çox səhv edəcək”. Elə təsir bağışlayırdı ki, “Dinamo Kiyev” ilə “Qarabağ” bu komponentdə bir-biri ilə yarışırdı”.
Onun sözlərinə görə, hər iki komandanın yeganə müsbət cəhəti pressinq etməyə çalışması olub: “Şükürlər olsun ki, “Dinamo Kiyev”də heç olmasa qol epizodları yarandı. Amma biz onlardan istifadə etmirik. Yaxşı ki, özünə qol vuran komandalar da var. “Dinamo” öz qapısına qol vurmadan ümumiyyətlə 3:0 qalib gələ bilərdi”.
Sabiq futbolçu həmçinin dəqiq hesabı əvvəlcədən təxmin edən Roman Salenkonu təbrik edib.
Leonenko “Qarabağ”ın oyununu da yüksək qiymətləndirməyib.
“Qarabağ” ümumiyyətlə nə göstərdi?” sualına o, belə cavab verib: “Yalnız mənasız topa nəzarət. İlk hissənin sonunda onların bir epizodu oldu, Jali Muaddib başla zərbə vurdu. Amma hara gəldi vurdu, sadəcə zərbə vurmağı bacarmır. Budur onların bütün səviyyəsi”.
Xatırladaq ki, “Dinamo Kiyev” Polşada keçirilən ilk oyunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü avqustun 13-də Bakıda olacaq.



No Comment! Be the first one.