Koxalski və Puxaç baxdı, Zlomisliç yüksək qiymət aldı
Bosniya və Herseqovina millisinin Polşa ilə qarşılaşmasında Azərbaycan futbolsevərləri üçün də maraqlı məqam yaşanıb.
Sportify.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Nikola Zlomisliç bu oyunda Bosniya və Herseqovina millisinin start heyətində meydana çıxıb və komanda yoldaşları arasında ən yüksək qiyməti alıb.
O, bir neçə epizodda Polşa yığmasının futbolçularının təhlükəli zərbələrinin qarşısını alıb.
Zlomisliçin milli komandada şans əldə etdiyi qarşılaşmada Misli Premyer Liqasında çıxış edən futbolçular üçün isə vəziyyət fərqli olub. “Sabah”ın sol cinah oyunçusu Timoteuş Puxaç və “Qarabağ”ı bu yaxınlarda Polşa “Vyeçista”sına dəyişmiş qolkiper Mateuş Koxalski milliyə dəvət alsa da, Polşa ilə görüşü əvvəldən axıradək ehtiyat oyunçular skamyasından izləyiblər.
Qeyd edək ki, oyun Bosniya və Herseqovina millisinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 84-cü dəqiqədə penaltidən İvan Başiç vurub.



No Comment! Be the first one.