"Kəpəz" Şamaxıya yollandı - FOTOLAR
“Kəpəz” klubu Misli Premyer Liqasının 2026/2027 mövsümündə ikinci səfər oyununu keçirmək üçün bu gün Şamaxıya yollanıb.
Sportify.az xəbər verir ki, “Sarı-göylər” çempionatın VII turunda sabah “Araz-Naxçıvan”la qarşılaşacaq.
Baş məşqçi Azər Məmmədov yetirmələrini bu gün saat 17:00-da oyunöncəsi son məşqə çıxaracaq.
Komandanın oyunu sabah saat 16:00-da Şamaxı şəhər stadionunda start götürəcək.
Qeyd edək ki, “Kəpəz” hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.








No Comment! Be the first one.