"Kəpəz"də yeni təyinat
“Kəpəz” klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat olub.
Sportify.az xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev təyin olunub.
O, Gəray Qiyasovu əvəzləyib.
Qeyd edək ki, jurnalist fəaliyyətinə “525-ci qəzet”də başlayan Aqşin Əliyev daha sonra APA İnformasiya Agentliyində çalışıb. O, “Neftçi” və MOİK klublarında da fəaliyyət göstərib.



No Comment! Be the first one.