“Liverpul” Alisson Bekerlə bağlı qərarını verdi
İngiltərə təmsilçisi “Liverpul” mövsümün sonunda müqaviləsi başa çatacaq Alisson Bekerlə yollarını ayırmağa hazırlaşır.
Sportify.az xəbər verir ki, Mersisayd klubu 33 yaşlı qapıçıya yeni müqavilə təklif etməmək qərarına gəlib. Bu barədə “Football Insider” məlumat yayıb.
Braziliya millisinin üzvü mövsümün sonunda azad agent kimi “Liverpul”u tərk edəcək.
Qeyd edək ki, Alisson 2018-ci ildə “Roma”dan 72,5 milyon avro qarşılığında “Liverpul”a transfer olunub. O, cari mövsümdə komandanın heyətində 4 rəsmi oyunda 5 qol buraxıb.



No Comment! Be the first one.