“Liverpul” daha bir bahalı transferi gerçəkləşdirir
İngiltərənin “Liverpul” klubu Fransa PSJ-si ilə Bredli Barkolanın transferində razılığa gəlməyə yaxındır.
Sportify.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı fransalı hücumçunun keçidi 140 milyon avroya başa gələcək.
Transfer gerçəkləşərsə, Barkola İngiltərə Premyer Liqası tarixinin ən bahalı oyunçularından biri olacaq.
Daha əvvəl “TEAMtalk” PSJ-nin futbolçu üçün 146 milyon avro tələb etdiyini, “Liverpul”un isə 117 milyon avro təklif etdiyini yazmışdı.
Xatırladaq ki, Bredli Barkola 2023-cü ilin avqustundan PSJ-də çıxış edir. O, ötən mövsüm 49 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Fransalı futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyununa qədərdir.
Barkola PSJ-yə “Lion”dan keçib. O, Fransa millisinin heyətində 28 oyunda 6 qol və 3 assistlə yadda qalıb.
“Transfermarkt” futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.