Mahir Emreli: İndiyədək diz zədələrim olmayıb - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Tacikistan yığması ilə yoldaşlıq görüşünün sonlarında aldığı zədə barədə danışıb.
Sportify.az xəbər verir ki, 29 yaşlı hücumçu hər şeyə MRT müayinəsindən sonra aydınlıq gələcəyini bildirib.
O, zədəsinin ciddi olmayacağına ümidvar olduğu söylətib: “Topu qapıçıdan aldığım vaxt ayağım boşa çıxdı və dizimdə ağrılar hiss etdim. Addım atmağa tam güc hiss etmirdim. Fikirləşdim ki, bəlkə də ilk zərbə anındakı hissdir. İndi MRT elətdirəcəyəm və hər şey nəticədən asılı olacaq. Ümid edirəm ki, ciddi bir şey olmaz. İndiyədək diz zədələrim olmayıb, belə ağrıların necə olduğunu bilmirəm. Mən də hamı kimi qarşıdakı oyunlarımızı qaçırmaq istəmirəm”.
Qeyd edək ki, Mahir Emreli oyuna ikinci hissədə daxil olub və uzatma dəqiqələrində zədələnib. Matç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 1:0.



No Comment! Be the first one.