“Mançester Yunayted” Maykl Kerrikin gələcəyini müəyyənləşdirdi
“Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərməyi və onun yerinə yeni mütəxəssis gətirməyi planlaşdırmır.
Sportify.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssisin hazırda “qırmızı şeytanlar”ın baş məşqçisi postunda qalacağına zəmanət verilir.
Klubun idman direktoru Ceyson Uilkoks Kerrikin gələcəyinin müəyyənləşdirilməsində əsas söz sahiblərindən biri olmaqla yanaşı, komandada sabitliyin qorunmasını dəstəkləyir.
Qeyd edək ki, sentyabrın 16-da “Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Brayton”a 2:3 hesabı ilə məğlub olub.
Görüşün gedişində Mançester təmsilçisi iki top fərqi ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib.



No Comment! Be the first one.