“Mançester Yunayted” Poçettino ilə danışıqlara başladı
İngiltərə klubu “Mançester Yunayted” Maurisio Poçettinonun əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunmasına yaxınlaşıb.
Sportify.az xəbər verir ki, “The Athletic” nəşrinin tanınmış jurnalisti və insayderi Devid Ornşteynin X sosial şəbəkəsində yaydığı məlumata görə, hazırda klub rəhbərliyi ABŞ millisinin baş məşqçisi olan argentinalı mütəxəssisin nümayəndələri ilə müqavilənin şərtlərini müzakirə edir.
Bildirilib ki, Mançester təmsilçisi Maykl Kerriklə yollarını ayırmaq barədə qəti qərar verəcəyi təqdirdə Poçettinonun təyinatını rəsmiləşdirəcək.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Komanda cari mövsümün ilk 10 turunda cəmi bir qələbə qazanıb.



No Comment! Be the first one.