“Mançester Yunayted” Poçettino ilə razılığa gəldi
İngiltərə klubu “Mançester Yunayted” argentinalı mütəxəssis Maurisio Poçettino ilə baş məşqçi vəzifəsinə təyinatının əsas şərtləri barədə şifahi razılıq əldə edib.
Sportify.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırda İngiltərə klubu ilə ABŞ Futbol Federasiyası arasında danışıqlar aparılır. “Mançester Yunayted”in Poçettinonun müqaviləsində nəzərdə tutulan 10 milyon dollar məbləğindəki təzminat bəndindən istifadə etmək istədiyi bildirilir. Bundan sonra rəsmi prosedurların başlanması gözlənilir.
Qeyd edək ki, daha əvvəl klub rəhbərliyinin noyabrın 11-də Monakoda görüş keçirməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Mətbuatın yazdığına görə, həmin görüşdə hazırkı baş məşqçi Maykl Kerrikin gələcəyinin müzakirə olunacağı gözlənilirdi.



No Comment! Be the first one.