Manuel Noyer mövsümün sonunda karyerasını bitirə bilər
Zədə alan Almaniya klubu “Bavariya”nın qapıçısı Manuel Noyer cari mövsümün ortasında futbolçu karyerasını başa vurmağı düşünmür.
Sportify.az xəbər verir ki, məşhur jurnalist və insayder Florian Plettenberqin məlumatına görə, 40 yaşlı qolkiper mövsümü sona qədər oynamağı planlaşdırır. Onun yayda karyerasını bitirməsi ehtimalı isə 99,9 faiz qiymətləndirilir.
Noyer Almaniya Bundesliqasının 9-cu turunda “Maynts”la keçirilən və 2:1 hesabı ilə başa çatan oyunda zədələnib. Müayinələr nəticəsində futbolçunun sağ ayağındakı vətər toxumasında qismən cırılma aşkarlanıb.
Almaniyalı qapıçının “Bavariya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2011-ci ildən Münhen klubunun formasını geyinir.
Noyer “Bavariya” ilə 13 dəfə Almaniya çempionu olub, 8 ölkə Superkuboku, 6 Almaniya Kuboku, həmçinin iki dəfə Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatının qalibi adını qazanıb.



No Comment! Be the first one.