Marandiçi 2 ildən sonra oyuna çıxdı
“Turan Tovuz”un futbolçusu Denis Marandiçi təqribən iki illik fasilədən sonra meydana qayıdıb.
Sportify.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi səfəedə “Araz-Naxçıvan”a qarşı Misli Premyer Liqasının V tur matçında oyuna çıxıb.
O, 46-cı dəqiqədə Faiq Hacıyevi əvəzləyib.
Qeyd edək ki, Denis Marandiçi 2024/2025 mövsümündə “Sabah”la Azərbaycan Kubokunun 1/4 final görüşündə ağır zədələnib.



No Comment! Be the first one.