Mark Bernal: Avropanın ən yaxşı komandası “Real Madrid” deyil, bizik
İspaniya klubu “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Mark Bernal Avropanın ən yaxşı komandası ilə bağlı fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, gənc futbolçu bu statusun “Real Madrid”ə deyil, Kataloniya təmsilçisinə aid olduğunu düşünür.
“Mənim üçün “Real Madrid” Avropanın ən yaxşı komandası deyil. Fikrimcə, ən yaxşı komanda bizik. Bəli, “Real”a məğlub olduq, amma bir oyun kimin daha yaxşı olduğunu müəyyən etmir”, – deyə Bernalın sözlərini “The Touchline” X sosial şəbəkəsində yayıb.
Qeyd edək ki, Mark Bernal “Barselona”nın yetirməsidir. Daha əvvəl gənc yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsini uzadacağı barədə məlumat yayılıb.



No Comment! Be the first one.