Marsyal Rusiya klubları ilə danışıqlar aparır
“Mançester Yunayted”in sabiq hücumçusu Entoni Marsyal karyerasını Rusiyada davam etdirə bilər.
Sportify.az “Foot Mercato”ya istinadən xəbər verir ki, 30 yaşlı fransalı futbolçu “Krasnodar” və ÇSKA ilə mümkün transferlə bağlı danışıqlar aparır.
Bildirilir ki, Marsyal Livanın “Əl-İttihad Tripoli” klubunun illik 10 milyon avro maaş təklifini qəbul etməyib. Hazırda hücumçu milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı yeni klub tapmaq niyyətindədir.
Marsyalla Rusiya klublarından başqa, İspaniyanın “Malaqa” və adı açıqlanmayan digər bir klubu da əlaqə saxlayır. Bundan əlavə, futbolçunun nümayəndələri onun xidmətlərini Fransanın “Loryan” klubuna təklif ediblər.
Hazırda azad agent statusunda olan Marsyal daha əvvəl “Lion”, “Monako”, “Mançester Yunayted”, “Sevilya”, AEK və “Monterrey”də çıxış edib.



No Comment! Be the first one.