Litva millisində daha bir itki – Azərbaycanla oyunu buraxacaq
Litva millisinin futbolçusu Vaydas Maqduşauskas zədə səbəbindən UEFA Millətlər Liqasının qarşıdakı oyunlarını buraxacaq.
Sportify.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası məlumat yayıb.
“Banqa”nın yarımmüdafiəçisi yerli çempionatın son tur matçında zədələnib. Buna baxmayaraq, 23 yaşlı futbolçu bazar ertəsi milli komandanın düşərgəsinə qoşulub.
Həkim müayinəsindən sonra Maqduşauskasın bu oyunlarda komandaya kömək edə bilməyəcəyi müəyyənləşib. O, ilk məşqdən əvvəl düşərgəni tərk edib.
Baş məşqçi Edqaras Yankauskasın qərarına əsasən, Maqduşauskasın yerinə hələlik başqa futbolçu dəvət edilməyəcək. Beləliklə, Litva millisinin Lixtenşteynə səfərə 25 futbolçu ilə yollanacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl müdafiəçi Dominikas Barauskas da zədə səbəbindən millidən kənarda qalıb. Onun əvəzinə ilk dəfə milliyə dəvət alan Deyvidas Maljinskas çağırılıb.
Qeyd edək ki, Litva millisi sentyabrın 24-də səfərdə Lixtenşteyn, sentyabrın 27-də isə evdə Azərbaycan millisi ilə qarşılaşacaq. Sentyabrın 30-da Kaunasda Andorra ilə yoldaşlıq görüşü keçirəcək rəqib komanda oktyabrın 4-də Bakıda Azərbaycanla yenidən üz-üzə gələcək.



No Comment! Be the first one.