Maykl Karrik: "Sabah"la tam fərqli oyun olacaq - VİDEO
İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Maykl Karrik “Sabah”la keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk tur matçı barədə danışıb.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis qarşıdakı görüşün əvvəlki oyunlardan fərqli keçəcəyini bildirib.
O, Premyer Liqanın III turunda “Everton”la 2:2 hesablı heç-heçə etdikləri görüşdə komandasının çıxışında müsbət məqamlar gördüyünü açıqlayıb: “Cümə axşamı tamamilə fərqli oyun olacaq. Gələn bazar günü isə bizi yenə tamamilə başqa qarşılaşma gözləyir. Düşünürəm ki, bu gün irəliyə doğru apara biləcəyimiz çoxlu müsbət məqamlar oldu. “Hall Siti” ilə oyundan götürdüyümüz yaxşı şeylər var idi, “İpsviç”lə matçdan da müsbət məqamlar əldə etdik. Bu gün də yaxşı şeylər gördük. Eyni zamanda, üzərində işləməli olduğumuz məqamlar da var. Bu, davam edən prosesdir. Cümə axşamı üçün hazırlaşacağıq”.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
The boss is already looking ahead to Thursday’s Champions League encounter 👊 pic.twitter.com/33y6NbI2KP
— Manchester United (@ManUtd) September 6, 2026



No Comment! Be the first one.