Mbappe “Qızıl top” səsverməsində uzun müddət lider olub
“Qızıl top” mükafatının sahibi Harri Keyn olsa da, səsvermənin böyük hissəsində Kilian Mbappe öndə olub.
Sportify.az xəbər verir ki, “France Football” jurnalının baş redaktoru və “Qızıl top” mükafatının rəhbəri Vensan Qarsiya bildirib ki, “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe səsvermədə uzun müddət liderlik edib.
Onun sözlərinə görə, Münhen “Bavariya”sının və İngiltərə millisinin hücumçusu Harri Keyn son mərhələdə ciddi geridönüş edərək birinci pilləyə yüksəlib.
“Mən bir ay ərzində səsvermənin nəticələrini real vaxt rejimində izləyirdim. Kilian Mbappe uzun müddət lider idi, lakin Harri Keyn geridönüş etdi. Nəticədə qalib çox az xal fərqi ilə müəyyənləşdi!” – deyə Qarsiyanın sözlərini “The Touchline” X sosial şəbəkəsində yayıb.



No Comment! Be the first one.