Arşavindən İPL və Çempionlar Liqası ilə bağlı maraqlı açıqlama
Rusiyanın “Zenit” və İngiltərənin “Arsenal” klublarının sabiq yarımmüdafiəçisi Andrey Arşavin İngiltərə Premyer Liqasını qazanmağın Çempionlar Liqasında qalib gəlməkdən daha çətin olması ilə bağlı fikrə münasibət bildirib.
Sportify.az xəbər verir ki, rusiyalı futbolçu özü hər iki turnirdə də çempion ola bilmədiyini qeyd edib.
— Sizcə, İPL-i qazanmaq Çempionlar Liqasını qazanmaqdan daha çətindir?
— Mənim vəziyyətimdə… Mən nə birini, nə də digərini qazana bildim. Ona görə də şanslar eyni idi, — deyə Arşavin FONBET-in “YouTube” kanalında bildirib.
Andrey Arşavin peşəkar futbolçu karyerasını 2018-ci ildə Qazaxıstanın “Kayrat” klubunda başa vurub.
Hazırda Arşavin “Zenit”də idman inkişafı üzrə baş direktor müavini vəzifəsində çalışır.


No Comment! Be the first one.