Messi Ronalduya bu göstəricidə yaxınlaşdı
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi 2026-cı il üzrə “Qızıl top” mükafatına 17-ci dəfə namizəd göstərilib.
Sportify.az xəbər verir ki, bu barədə “France Football” məlumat yayıb.
Beləliklə, argentinalı ulduz “Qızıl top”a namizədliklərin sayına görə ikinci pillədə qərarlaşıb. O, yalnız “Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldudan geri qalır. Portuqaliyalı futbolçu 18 dəfə namizədlər sırasında yer alıb və bu dəfə 30 nəfərlik iddiaçı siyahısına düşməyib.
Messi ötən mövsüm MLS çempionu olub və liqanın ən yaxşı futbolçusu seçilib. Argentinalı hücumçu 2026-cı il dünya çempionatında isə Argentina millisinin heyətində finala qədər irəliləyib.
Qeyd edək ki, Lionel Messi karyerasında 8 dəfə “Qızıl top” qazanıb. O, bu mükafata 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə sahib olub.
Messi daha əvvəl İspaniyanın “Barselona” və Fransanın PSJ komandalarının formasını geyinib və bu klublarla çoxsaylı titullara yiyələnib.



No Comment! Be the first one.