Mikels: “Dortmund”la 1:2 hesablı məğlubiyyət növbəti oyunlar üçün bizə motivasiya verir
“Sabah”ın futbolçusu Coy Lens-Mickelsin evdə “Borusiya Dortmund”a 1:2 hesabı ilə məğlub olduqları UEFA Çempionları Liqasının Liqa mərhələsində III tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Futbol nəticə oyunudur. “Borussiya” Dortmundla matç barədə fikirləriniz necədir?
– Bəli, futbol nəticəyə bağlı idman növüdür. Dortmund bizdən bir qol çox vurdu, biz isə ikinci qolu vura bilmədik. İkinci hissədə ilk yarının son 20-25 dəqiqəsindəki oyunumuzu davam etdirməyə çalışdıq, lakin bunu bacarmadıq. Bilirik ki, Dortmund belə vəziyyətlərin yenidən yaranmasına imkan verməyəcək qədər keyfiyyətli komandadır. Ümumilikdə məyusuq, çünki daha yaxşı oynaya bilərdik. Növbəti oyunumuz “Vikinq”ə qarşı olacaq və inkişaf etməliyik. Düşünürəm ki, yaxşı oyun göstərdik. Nəticədə, rəqibimiz Dortmund idi. Belə komandaya qarşı 1:2 hesabı ilə məğlub olmaq növbəti oyunlar üçün bizə motivasiya verir. Ümid edirik ki, qarşıdakı matçlarda xal qazana biləcəyik.
– Alman azarkeşlərin möhtəşəm futbol atmosferi sizi necə təsirləndirdi?
– Bilirəm ki, Almaniyanın ən yaxşı azarkeşləri var. Bunu hamı bilir. Dortmund azarkeşlərinin komandalarını belə coşqu ilə dəstəkləməsini görmək çox xüsusi və xoş hissdir.
– UEFA turnirində Almaniya təmsilçisi ilə qarşılaşmaq necə hissdir?
– Möhtəşəm hissdir, ən yaxşı hisslərdən biridir. Özüm “Mançester Yunayted” azarkeşiyəm, amma Almaniya komandaları ilə qarşılaşmağı arzulayırdım. Nəticədə, Almaniya təmsilçilərindən biri ilə oynamaq fürsəti qazandım. Mən də Almaniyada doğulmuşam, bu mənim doğma ölkəmdir. Buna görə də çox xoşdur.
– İlk oyunda “Mançester Yunayted”lə qarşılaşmağı səbirsizliklə gözləyirdiniz. İndi isə Dortmundla matç keçirmisiniz. Bu iki oyunu müqayisə edə bilərsinizmi?
– Düşünürəm ki, oyundan-oyuna inkişaf edirik. Bəlkə də “Mançester Yunayted”lə matç bizim üçün bir qədər tez oldu. İndi isə Dortmundla qarşılaşmada çox yaxşı oynadığımızı gördük. Getdikcə daha yaxşı çıxış edirik, amma artıq xal qazanmağın vaxtıdır. Ötən həftə “Slaviya”ya qalib gəldik. Ancaq bugünkü oyunda daha yaxşı nəticə əldə edə biləcəyimizi düşünmək çətindir. Bu hiss məyusedicidir.
– “Mançester Yunayted” və “Dortmund”un oyun keyfiyyətindən danışdınız. Qarşıda “Vikinq” və “Barselona” ilə oyunlarınız var. “Barselona”nın səviyyəsi barədə nə deyə bilərsiniz?
– Əvvəlcə “Vikinq”, sonra “Barselona”. Hazırda “Barselona” barədə düşünmürəm. Onların dünyanın ən yaxşı komandası olduğunu və çox keyfiyyətli futbolçulara sahib olduqlarını bilirik. Amma bizim növbəti rəqibimiz “Vikinq”dir.
– Növbəti oyunda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz və matça necə hazırlaşırsınız?
– Biz ən yaxşı oyunlarımızı keçirmək istəyirik. İndi bizi “Qarabağ”la matç gözləyir. Bilirəm ki, sizin üçün də “Sabah” – “Qarabağ” qarşılaşması xüsusi əhəmiyyət daşıyır. Meydanda yenidən yüksək keyfiyyətli futbolun şahidi olacağıq. Mən də “Qarabağ”la oynamağı səbirsizliklə gözləyirəm, çünki məhz belə matçlarda iştirak etmək istəyirik. Oyuna çox yaxşı hazırlaşacağıq. Deyəsən, matç bazar günüdür. Deməli, bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. “Qarabağ”la maraqlı oyun keçirəcəyimizə inanıram. Üstəlik, öz yeni stadionumuzda oynayacağıq. Bu da çox xoşdur.



No Comment! Be the first one.