Emrelinin komandasında yeni baş məşqçi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda David Şvarqaya tapşırılıb.
36 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Tomaş Kaçmareki əvəzləyib.
Qeyd edək ki, “Rakuv” Polşa çempionatında 6 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.



No Comment! Be the first one.