“Milan”da yeni müqavilə
İtaliyanın “Milan” klubunun hücumçusu Kristian Pulişiç komandadakı müqaviləsini uzadacaq.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, 29 yaşlı futbolçu ilə yeni müqavilənin bu gün imzalanması gözlənilir. Razılaşmanın 2031-ci ilin yayına qədər qüvvədə olacağı və Pulişiçin illik 6 milyon avro maaş alacağı bildirilir.
Pulişiç bu mövsüm İtaliya çempionatında 6 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Avropa Liqasında da 2 oyunu var.
Amerikalı futbolçu 2023-cü ildən “Milan”ın formasını geyinir.


No Comment! Be the first one.