Millətlər Liqasında 8 komanda pley-offa vəsiqə qazandı
UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinin yekunlarına əsasən Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Norveç və Portuqaliya yığmaları pley-off mərhələsinə yüksəlib.
Sportify.az xəbər verir ki, 1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. Bu mərhələnin ilk oyunları 2027-ci il martın 25-27-də, cavab qarşılaşmaları isə martın 28-30-da baş tutacaq.
Turnirin final mərhələsi iyunun 9-dan 13-dək keçiriləcək.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən turnirin finalında İspaniyanı əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər.



No Comment! Be the first one.