Millətlər Liqasında ilk turun ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda ən yaxşı oyunçu adına namizədlər açıqlanıb.
Sportify.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan məlumata görə, mükafat uğrunda 4 futbolçu mübarizə aparacaq.
Namizədlər arasında Norveç millisinin hücumçusu Erlinq Holand, Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç, Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen və İspaniya yığmasının vingeri Lamin Yamal yer alıblar.
Erlinq Holand Danimarka ilə görüşdə iki qol vurub. Luka Modriç Çexiya ilə matçda 41 yaş 17 günlüyündə fərqlənərək Xorvatiya millisinin tarixində qol vuran ən yaşlı futbolçu olub. Mark-Andre ter Ştegen Niderlandla qarşılaşmada 7 seyv edib. Lamin Yamal isə İngiltərə ilə oyunda komandasının qollarından birinə imza atıb.
Qalib UEFA-nın təşkil etdiyi səsvermənin nəticələrinə əsasən yaxın günlərdə açıqlanacaq.


No Comment! Be the first one.