Milli komandalar Serbiya və Belarusda turnirə qatılacaq
“Komandanın üzvləri artıq iki ildir Polad Həsənovun rəhbərliyi altında məşq edirlər. Hazırda U-16 yığmasına məşqçi kimi rəhbərlik edirəm və əsas məqsədimiz qarşıdakı Avropa çempionatına mümkün qədər yaxşı hazırlaşmaqdır.
Bu sözləri Sportify.az-a açıqlamasında Azərbaycanın oğlanlardan ibarət U-16 millisinin məşqçisi Anar Sarıyev deyib.
O, hazırda komandada 15 yaşlı basketbolçuların olduğunu qeyd edib: “Onların gələn il U-16 yaş qrupunda C divizionunun Avropa çempionatında iştirak etməsi nəzərdə tutulur. Polad müəllim də öz növbəsində uşaqların hazırlığında əlindən gələn köməyi göstərir və komandanın tam hazır olması üçün çalışır. Artıq bir neçə dəfə müxtəlif turnirlərdə iştirak etmişik. Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutduq. Yarımfinalda son saniyələrdə qələbə qazana bildik. Finalda isə güclü liqa komandalarından biri ilə gərgin mübarizə apardıq. Oyunun gedişində 20 xal geridə olsaq da, fərqi 4 xala qədər azaltmağa nail olduq. Təəssüf ki, sona qədər vaxtımız çatmadı”.
Mütəxəssis aşağı yaş qrupu üzrə milli komandaların qarşıdakı dövrdə Serbiya, Belarus və digər ölkələrdə beynəlxalq turnirlərdə iştirak edəcəyini qeyd bildirib.



No Comment! Be the first one.