Millimiz Avropa çempionatını ikinci pillədə başa vurdu
Bakı İdman Sarayında eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.
Sportify.az xəbər verir ki, kişilər arasında 12 komandanın mübarizə apardığı qitə birinciliyində Azərbaycan millisi uğurlu nəticə göstərərək komanda hesabında ikinci yeri tutub. Deflimpiyaçılarımız çempionatı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Qeyd edək ki, komandamızın heyətində Coşqun Əliyevlə Xalid Məmmədov qızıl, Aydın Əzizov gümüş, Eltun Məmmədov isə bürünc medal qazanıb.



No Comment! Be the first one.