Lökbatanda “TT FIGHT”ın yeni idman zalı açıldı
Oktyabrın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun (“TT FIGHT”) yeni idman zalının açılış mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim çərçivəsində nazir Fərid Qayıbov gənc idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib və idmançıların fəaliyyəti ilə maraqlanıb.
Tədbirin bədii hissəsində isə gənc idmançıların nümunəvi çıxışları nümayiş olunub.


























No Comment! Be the first one.