Millimiz azlıqda qalan Albaniyadan 7 top buraxdı
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci turun seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Sportify.az xəbər verir ki, millimiz Albaniya yığması ilə qarşılaşıb.
Görüş rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasının qollarını 25-ci dəqiqədə Sara Səlimova və 32-ci dəqiqədə penaltidən Məryəm Səmədli vurublar.
Qeyd edək ki, Albaniya millisi 87-ci dəqiqədə qırmızı vərəqə aldığı üçün oyunu 10 oyunçu ilə başa vurub. Azərbaycan millisi əvvəlki oyunlarında İrlandiyaya 0:16, Kosovoya 3:8 hesabı ilə uduzub.



No Comment! Be the first one.