Millimiz cərimələndi, rəqibə xəbərdarlıq olundu
UEFA Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının iki ardıcıl oyunu ilə bağlı intizam qərarları qəbul edib.
Sportify.az xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı (CEDB) 25 sentyabrda Çexiya, 30 sentyabrda isə Şotlandiya ilə keçirilmiş Avropa çempionatının seçmə matçlarında baş vermiş hadisələrə görə qərar çıxarıb.
Çexiya ilə 1:1 hesablı heç-heçə ilə başa çatan oyunda yerli komandanın qeyri-düzgün davranışına görə AFFA 4 500 avro cərimələnib. Həmçinin matçın gec başlamasına görə Azərbaycan tərəfinə xəbərdarlıq edilib.
Səfərdə Şotlandiyaya 2:5 hesabı ilə uduzulan qarşılaşmada isə matçın gec başlamasına görə ev sahibi tərəfə xəbərdarlıq olunub. Eyni səbəbdən Şotlandiya nümayəndəsi Entoni Doçertiyə də xəbərdarlıq edilib.



No Comment! Be the first one.