Avropa çempionatı: Millimiz İspaniyaya da qalib gəldi
Bakıdakı Mİlli Gimnastika Arenasında təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
Sportify.az xəbər verir ki, günün ikinci matçında Azərbaycan və İspaniya milliləri üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.
Bununla da xalını 6-ya çatdıran baş məşqçi Faiq Qarayevin komandası yenidən qrup liderliyini ələ keçirib.
Azərbaycan millisi ilk turda Portuqaliyanı yenmişdi – 3:1.




No Comment! Be the first one.