Millimiz Niderlanda uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan qarşılaşmada rəqib Niderland yığması olub.
Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk seti 25:15 hesablı üstünlüklə başa vursa da, sonrakı üç setdə uduzub – 16:25, 22:25, 19:25.
Beləliklə, 3:1 hesablı qələbə sayəsində xalını 12-yə çatdıran Niderland millisi qrupu 2-ci pillədə başa vurub. Azərbaycan isə 8 xalla 3-cü olub. Təşkilatçı ölkə millisi 5 oyunundan 3-də – Portuqaliya, İspaniya və Rumıniya ilə görüşlərdə qələbə qazanıb, Belçika və Niderlanda isə uduzub.
Qrup lideri adını 13 xalla Belçika qazanıb. Portuqaliya 7 xalla 4-cü olub.



No Comment! Be the first one.