“Qalatasaray” ikinci ən bahalı transferini gerçəkləşdirdi
Transfer çalışmalarını davam etdirən Türkiyənin “Qalatasaray” klubu İtaliya “Milan”ının futbolçusu Rafael Leao ilə anlaşıb.
Sportify.az-ın məlumatına görə, İstanbul təmsilçisi 27 yaşlı cinah hücumçusu üçün qarşı tərəfə bonuslarla birlikdə 45 milyon avro ödəyəcək.
Leao isə bonuslar daxil olmaqla illik 12 milyon avro qazanacaq.
Transfer uğrunda “Qalatasaray”la yanaşı, İngiltərənin “Aston Villa” klubu da mübarizə aparıb. Hətta son mərhələdə Leao üçün “Aston Villa” variantı daha real görünürdü. Lakin “Qalatasaray”ın maliyyə şərtlərini yaxşılaşdırmasından sonra portuqaliyalı futbolçu İstanbul klubunun təklifini qəbul edib.
Leao “Qalatasaray” tarixinin ən bahalı ikinci transferi olacaq. İlk pillədə isə İstanbul təmsilçisinin ötən mövsüm İtaliya “Napoli”sindən 75 milyon avroya transfer etdiyi Viktor Osimhen qərarlaşıb.
Portuqaliyalı ulduzun sabah İstanbula gələcəyi gözlənilir.



No Comment! Be the first one.