Millimiz qalib gəldi
Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.
Sportify.az xəbər verir ki, komanda ölkəmizdə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb.
Hər iki oyunda voleybolçularımız qələbə qazanıblar. Komanda ilk görüşdə 3:2, ikinci oyunda isə 3:0 hesabı ilə qalib gəlib. GİN-in Voleybol Mərkəzində baş tutmuş bu qarşılaşmaları AVF rəhbərliyi də izləyib.
Qeyd edək ki, Avropa çempionatında C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.
Yoxlama oyunları:
Azərbaycan – Latviya 3:2 (21:25, 26:24, 25:20, 18:25, 20:18)
Azərbaycan – Latviya 3:0 (25:21, 25:16, 25:18)




No Comment! Be the first one.