Millimiz Qazaxıstana 27 cüdoçu ilə yollanır
Cüdo üzrə Azərbaycan millisi oktyabrın 17-də Qazaxıstanın Aktau şəhərində start götürəcək Asiya Açıq Turnirinə qatılacaq.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, iki gün davam edəcək beynəlxalq yarışda 11 çəki dərəcəsində 27 cüdoçu mübarizə aparacaq.
Qadınların yarışında 6 idmançı – Fəridə Mirzəyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Alina Kuqayeva, Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq) və Madina Kaisinova (+78 kq) çıxış edəcək.
Kişilərin mübarizəsinə isə 21 tatami ustası – Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov, Amin İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov, Kənan İsmayılov (hamısı 66 kq), Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev, Əli Qazıməmmədov (90 kq), Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Eldar Əliyev, Sübhan Axundov (hər ikisi +100 kq) qatılacaq.
Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Qeyd edək ki, Asiya Açıq Turnirində 7 ölkədən 230 idmançı mübarizə aparacaq.



No Comment! Be the first one.