"Neftçi" "Qarabağ"la oyundan əvvəl azarkeşlərinə müraciət etdi
Misli Premyer Liqasında VIII turun “Qarabağ”la səfər oyununu tribunadan izləmək istəyən “Neftçi” azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22, 23, 25, 26, 27 və 28-ci sektorları ayrılıb.
Paytaxt klubunun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, 25, 26, 27 və 28-ci sektorlar “Forza Neftçi” Azad Azarkeş Qrupu üçün nəzərdə tutulub.
Oyunu “Forza Neftçi” ilə birlikdə izləmək istəyən azarkeşlər bu gün 17.00-dan 21.00-a, oktyabrın 16-da 12.00-dan 21.00-a, oyun günü isə 12.00-dan 16.00-a qədər “Palms Sports Arena”da yerləşən kassalara yaxınlaşa bilərlər.
21, 22 və 23-cü sektorlar üçün nəzərdə tutulan biletlərin reallaşması barədə daha dəqiq və ətraflı məlumat isə bütün texniki prosedurlar yekunlaşdırıldıqdan sonra veriləcək.
Qeyd edək ki, oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması saat 19.00-da başlanacaq.



No Comment! Be the first one.