Millimiz son oyununda da darmadağın oldu
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Sportify.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Şimkənd şəhərində yerləşən “Namıs” stadionunda keçirilən görüş rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 turnirdə əvvəlki oyunlarını Qazaxıstana 1:2, Rusiyaya 0:13 hesabı ilə uduzub.



No Comment! Be the first one.