Millimiz Yaponiyanı penaltilərlə məğlub etdi - YENİLƏNDİ
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün son yoldaşlıq oyununu keçirib.
Sportify.az xəbət verir ki, U-20 Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutacaq görüşün əsas vaxtı qolsuz yekunlaşıb.
Qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət olunub. Bu bölümdə Azərbaycan yığması daha üstün olub – 5:4.
Yoldaşlıq görüşü
16:00. Azərbaycan – Yaponiya – 0:0 (PENALTİLƏR – 5:4)
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu



No Comment! Be the first one.