Millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlandı
Oktyabrın 4-də Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın ) təmsil edəcək.
Sportify.az xəbər verir ki, idmançılar performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti belədir:
Qadınlar
-48 kq:
Şəfəq Həmidova
Könül Əliyeva
-52 kq:
Gültac Məmmədəliyeva
-57 kq:
Xədicə Qədəşova
-70 kq:
Südabə Ağayeva
+78 kq:
Madina Kaisinova
Kişilər
-60 kq:
Balabəy Ağayev
Əhməd Yusifov
-66 kq:
Ruslan Paşayev
Turan Bayramov
Nizami İmranov
-73 kq:
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
-81 kq:
Zelim Tçkayev
Ömər Rəcəbli
Vüsal Qələndərzadə
-90 kq:
Murad Fətiyev
Elcan Hacıyev
Süleyman Şükürov
-100 kq:
Zelim Kotsoyev
+100 kq:
Uşanqi Kokauri
Kənan Nəsibov
Camal Qamzatxanov
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr oktyabrın 4-dən 10-dək, qarışıq komanda yarışı isə oktyabrın 11-də baş tutacaq.



No Comment! Be the first one.