Bakı mundialında tarixi qərar: İlk dəfə 3 cüdoçu ilə!
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında bir ilk yaşanacaq.
Sportify.az xəbər verir ki, Azərbaycan millisi bəzi çəki dərəcələrində 3 cüdoçu ilə təmsil olunacaq.
Müvafiq razılıq Beynəlxalq Cüdo Federasiyasından (IJF) alınıb.
Halbuki əvvəllər həm kişilər, həm də qadınların mübarizəsində 7 çəkidə maksimum 9, daha dəqiqi, bu çəkilərin 2-də maksimum 2 cüdoçunun iştirakına icazə verilirdi.
Bakıdakı mundialda isə tarixdə ilk dəfə bəzi çəkilərdə 3 cüdoçunun çıxış etməsi mümkün olacaq.
Beləliklə, 66 kq-da Ruslan Paşayev, Turan Bayramov və Nizami İmranov, 81 kq-da Zelim Tçkayev, Ömər Rəcəbli və Vüsal Qələndərzadə, 90 kq-da Murad Fətiyev, Elcan Hacıyev və Süleyman Şükürov, 100 kq-dan yuxarı çəkidə isə Uşanqi Kokauri, Kənan Nəsibov və Camal Qamzatxanov sifariş olunublar.
Qeyd edək ki, dünya çempionatı 4 – 11 oktyabrda Milli Gimnastika Arenasında keçiriləcək.



No Comment! Be the first one.