Millimizlə oyundakı qırmızı vərəqəyə görə ağır cəza
Litva millisinin hücumçusu Armandas Kuçis UEFA tərəfindən iki oyunluq diskvalifikasiya edilib.
Sportify.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası məlumat yayıb.
UEFA-nın İntizam Komitəsi oktyabrın 14-də futbolçunun cəzasını rəsmən təsdiqləyib. Kuçis Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının son oyununda birbaşa qırmızı vərəqə aldığı üçün Litva yığmasının növbəti iki qarşılaşmasını buraxacaq.
Beləliklə, 2026-cı ildə Kuçisi Litva millisinin formasında bir daha meydanda görməyəcəyik.
Qeyd edək ki, Litva millisi Millətlər Liqasındakı çıxışını noyabrın 16-da evdə Lixtenşteynə qarşı keçirəcəyi oyunla başa vuracaq. Komanda bundan əvvəl də bir yoldaşlıq görüşü keçirəcək. Rəqibin adı yaxın vaxtlarda açıqlanacaq.


No Comment! Be the first one.