Kamilo Duran ata oldu - FOTO
Şotlandiyanın “Seltik” klubunun kolumbiyalı hücumçusu Kamilo Duran ata olub.
Sportify.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusunun partnyoru Valentina Jaramillo bu gün övladını dünyaya gətirib.
Duranın ata olması ilə əlaqədar komandanın son məşqində iştirak etmədiyi bildirilib. “Seltik” rəhbərliyi hücumçunu Avropa Liqasının Liqa mərhələsində “Benfika” ilə qarşılaşma üçün Portuqaliyaya çatdırmağa çalışır. Hər şey plana uyğun getsə, kolumbiyalı futbolçu birbaşa Lissabona yollanaraq komandasına qoşula bilər.
Qeyd edək ki, Kamilo Duran ötən həftəsonu Şotlandiya çempionatında “Mazervell”ə qarşı keçirilən oyunda qol vurub. “Seltik” həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib. Qlazqo təmsilçisi Avropa Liqasının ilk turunda isə Macarıstanın “Ferentsvaroş” klubuna evdə uduzub.




No Comment! Be the first one.