“Sabah” “Trabzonspor”a da uduzdu
Azərbaycanın “Sabah” basketbol klubu Çempionlar Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.
Sportify.az xəbər verir ki, Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv səfərdə Türkiyənin “Trabzonspor” komandası ilə qarşılaşıb.
Görüş rəqibin 100:83 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah” ilk periodda 12:35 hesabı ilə geridə qalsa da, ikinci periodu 30:20 hesabı ilə qazanıb. Lakin sonrakı hissələrdə üstünlüyü ələ almaq mümkün olmayıb. Üçüncü period 10:21, dördüncü period isə 31:24 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
Azərbaycan klubunun heyətində ən məhsuldar basketbolçu 25 xal toplayan Nikolas Perkins olub. Frenki Fidler 17, Cerri Bleyks 14, Çarlz Menninq isə 13 xal qazanıb.
Qeyd edək ki, “Sabah” ilk turda Litvanın “Ritas” komandasına səfərdə 73:82 hesabı ilə uduzub.
İki turdan sonra “Trabzonspor” 4 xalla qrupun lideridir. Fransanın “Nanter” və Litvanın “Ritas” komandalarının hərəsinin 3 xalı var. “Sabah” isə 2 xalla sonuncu pillədə qərarlaşıb.



No Comment! Be the first one.