Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı
Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığma ilə yeni müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, bu barədə milli komandanın rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
“İlk gündəki kimi eyni həvəs və həyəcanı hiss edirəm. İşimi davam etdirə biləcəyim üçün xoşbəxtəm. Mənə göstərilən etimada görə minnətdaram. İndi yeni mərhələ başlayır”, – deyə Skaloni bildirib.
Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Skaloni rəhbərliyi altında Argentina millisi çempion olub. Finalda Fransa ilə qarşılaşan cənubi amerikalılar penaltilər seriyasında qalib gəliblər.
2026-cı il dünya çempionatının finalında isə Argentina İspaniya millisinə məğlub olub.


No Comment! Be the first one.