Qazaxıstan klubunda tanış sima
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenko karyerasını Qazaxıstanda davam etdirəcək.
Sportify.az xəbər verir ki, 50 yaşlı ukraynalı mütəxəssis “Jenis”lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2027-ci il iyununadək qüvvədə olacaq sözləşmə imzalanıb.
Qeyd edək ki, Demçenko 2025/26 mövsümünün ikinci yarısında “Araz-Naxçıvan”ın baş məşqçisi olub.



No Comment! Be the first one.