Niderland və Portuqaliyadan qələbə, Almaniyadan heç-heçə - YENİLƏNDİ
UEFA Millətlər Liqasının qrup mərhələsində IV tura start verilib.
Sportify.az-ın məlumatına görə, turun ilk oyun günündə A, B və D Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.
D Liqasının 2-ci qrupunda mübarizə aparan Azərbaycan millisi doğma azarkeşləri önündə Litva seçməsini 1:0 hesabı ilə yenib.
1-ci qrupda isə Malta eyni hesabla Andorraya qalib gəlib.
Beləliklə, D Liqasında 7 xala malik Malta pley-offa yüksəlmə şanslarını artırıb. Azərbaycan millisi bu hüquqa yiyələnmək üçün son turda Lixtenşteyni udmalı, Maltanın isə xal itirməsinə ümid etməlidir.
A Liqasında 2-ci qrupun oyunlarında Almaniya yığması səfərdə Yunanıstanla qolsuz heç-heçə edibsə, Niderland evdə Serbiyaya qalib gəlib – 2:1. Beləliklə, Niderland və Yunanıstan hərəyə 8 xalla qrupda şərikli liderdirlər.
4-cü qrupda isə Portuqaliya millisi ardıcıl 4-cü qələbəsini qazanıb. Norveçlə ev oyununda meydan sahiblərinin qollarını Joau Kanselu 38-ci, Qonsalu Ramuş 79-cu dəqiqədə vurub. Qonaq komandadan isə 36-cı dəqiqədə Kristofer Ayer fərqlənib.
86-cı dəqiqədə Fransişku Konseysau qırmızı vərəqə alsa da, Norveç millisi say üstünlüyündən yararlana bilməyib. Beləliklə, 2:1 hesablı qələbə qazanan Portuqaliya xalını 12-yə çatdırıb. Uelsə səfərdə 1:0 hesabı ilə qalib gələn Danimarka isə 6 xalla 2-ci yerdə gedir.
B Liqasına gəldikdə, 3-cü qrupun hər iki oyununda eyni nəticə qeydə alınıb. Kosovo Avstriya ilə, İrlandiya İsraillə heç-heçə edib – 1:1. Bununla da Avstriya 8 xalla liderliyini davam etdirir.
UEFA Millətlər Liqası
Qrup mərhələsi
A Liqası
2-ci qrup
22:45. Yunanıstan – Almaniya – 0:0
22:45. Niderland – Serbiya – 2:1
Xal durumu: Niderland – 8, Yunanıstan – 8, Almaniya – 5, Serbiya – 0.
4-cü qrup
22:45. Portuqaliya – Norveç – 2:1
22:45. Uels – Danimarka – 0:1
Xal durumu: Portuqaliya – 12, Danimarka – 6, Uels – 3, Norveç – 3.
B Liqası
3-cü qrup
20:00. Kosovo – Avstriya – 1:1
22:45. İrlandiya – İsrail – 1:1
Xal durumu: Avstriya – 8, Kosovo – 5, İrlandiya – 5, İsrail – 2.
D Liqası
1-ci qrup
20:00. Malta – Andorra – 1:0
Xal durumu: Malta – 7, Cəbəllütariq – 2, Andorra – 1.
2-ci qrup
17:00. Azərbaycan – Litva – 1:0
Xal durumu: Azərbaycan – 5, Litva – 4, Lixtenşteyn – 1.


No Comment! Be the first one.