Qəbələ ilk xalını, "İmişli" ilk qələbəsini qazandı - YENİLƏNDİ
Misli Premyer Liqasında III tura start verilib.
Sportify.az xəbər verir ki, turun açılış oyununda “Qəbələ” və “Şamaxı” komandaları qarşılaşıb.
Qəbələ şəhər stadionunda olduqca sönük məcrada keçən görüş qolsuz tamamlanıb – 0:0.
Bununla da “Qəbələ” ilk xalını qazanıb. Lakin komanda hələ qol vura bilməyib.
Qələbəyə həsrət “Şamaxı” isə ardıcıl ikinci oyununu qolsuz başa vurub.
“Şamaxı” 2 xalla 8-ci, “Qəbələ” 1 xalla 9-cu pillədə qərarlaşıb.
Günün digər görüşündə isə “İmişli” “Şəfa”nı səfərdə məğlubiyyətə uğradıb – 1:0. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutmuş matçda yeganə qolu 55-ci dəqiqədə Seyxan Fərəcov vurub.
Beləliklə, ilk qələbəsini qazanan “İmişli” 4 xalla 4-cü pilləyə yüksəlib. 3 oyundan 3 xalı olan “Şəfa” isə 7-ci yerdə gedir.
————–
Bu gün Misli Premyer Liqasında III tura start veriləcək.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “Qəbələ” və “Şamaxı” komandaları üz-üzə gələcəklər. Qəbələ şəhər stadionuda keçiriləcək görüş saat 18:00-da başlanacaq.
İki kollektivin əvvəlki 62 görüşündən 21-də “Qəbələ”, 20-də “Şamaxı” qələbə qazanıb, daha 21-i heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə “Şamaxı” öndədir – 76:71.
Son iki oyunda 4 qol vurulub və bunların heç birində “Şamaxı” xal qazanmayıb.
Digər matç isə Sumqayıtdakı “SOCAR Polymer Arena”da “Şəfa” və “İmişli” arasında olacaq. Komandalar ilk dəfə üz-üzə gələcəklər.
Misli Premyer Liqası, III tur
29 avqust (şənbə)
18:00. “Qəbələ” – “Şamaxı” – 0:0
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev
VAR: Elvin Bayramov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
20:15. “Şəfa” – “İmişli” – 0:1
Qol: Seyxan Fərəcov, 55
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“SOCAR Polymer Arena”
“SOCAR Polymer Arena”.
Qeyd edək ki, turun qalan oyunları 30 – 31 avqustda olacaq.



No Comment! Be the first one.