Mourinyo nizam-intizamı sərtləşdirdi
İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Joze Mourinyo komandada ciddi intizam qaydaları tətbiq edib.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçuların qidalanması artıq onların seçiminə buraxılmayacaq.
Menyunu klubun dietoloqu müəyyənləşdirəcək.
Futbolçular məşqdən ən azı 1 saat əvvəl klub bazasında olmalıdır. Hətta bir dəqiqəlik gecikməyə görə belə cəza nəzərdə tutulub – gecikən oyunçu komanda ilə deyil, fərdi şəkildə trenajor zalında məşq edəcək.
Zədələnən futbolçuların reabilitasiyası da yalnız klubun tibbi heyətinin nəzarəti altında aparılacaq. İstisna və imtiyaz olmayacaq.
Mourinyo komanda daxilində birlik məsələsinə də xüsusi önəm verir. O, Portuqaliya “Benfika”sında tətbiq etdiyi birgə nahar ənənəsini “Real Madrid”də də davam etdirmək istəyir.
Portuqaliyalı mütəxəssis 2026-cı ilin yayında Madrid klubuna qayıdıb. O, daha əvvəl 2010 – 2013-cü illərdə də bu komandaya rəhbərlik edib.



No Comment! Be the first one.