Rusiya Fiqurlu Konkisürmə Federasiyasının prezidenti Anton Sixarulidze Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişərək Azərbaycanı təmsil etməsi ilə bağlı qərara münasibət bildirib.
Sportify.az xəbər verir ki, daha əvvəl 13 yaşlı rusiyalı fiqurlu konkisürən, ikiqat Olimpiya çempionu Yevgeni Pluşenkonun oğlu Aleksandrın bundan sonra Azərbaycan yığmasının heyətində çıxış edə biləcəyi məlum olub.
Sixarulidze bildirib ki, Pluşenko hazırda Rusiya milli komandalarının üzvü deyil və son vaxtlar ölkədaxili yarışlarda da iştirak etməyib: “Saşa son vaxtlar Ümumrusiya yarışlarında iştirak etməyib. Bəli, o, Azərbaycan pasportu alıb. Biz ona bu ölkəni təmsil etmək imkanı verməklə bağlı tamamilə legitim qərar qəbul etmişik. İstəyirik ki, gənclər qaydaları pozmadan inkişaf etsinlər”.
Qeyd edək ki, Aleksandr Plyuşenko məşhur rusiyalı fiqurlu konkisürən Yevgeni Plyuşenkonun oğludur.



No Comment! Be the first one.