Millimiz Norveçi məğlub etdi
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatının B divizionunda son oyununu keçirib.
Sportify.az xəbər verir ki, 17-20-ci yerlər uğrunda qarşılaşmada yığma Norveç seçməsi ilə üz-üzə gəlib.
Komanda rəqibini 77:48 hesabı ilə məğlub edərək turnirdəki çıxışını qələbə ilə başa vurub.
Görüşün ən məhsuldar basketbolçusu Azərbaycan millisinin üzvü Polina Şukina olub. O, 25 xal toplayıb və 22 ribaund götürüb.
Beləliklə, Azərbaycan millisi 20 komandanın mübarizə apardığı Avropa çempionatının B divizionunda 17-ci yeri tutub.


No Comment! Be the first one.